понедельник, 6 августа 2012 г.
Qaynana
Bir nəfər qayınanasıgilə qonaq gəlir. Oturur kresloya ayaqlarını uzadır stula və qışqırır:
- Ay arvad bura gəl!!!
- Nədi?
- Qaç mənə pivə al gətir!!!
- Nəəə!!! Başın xarab olub? Uşaq-zadam qaçım sənə pivə alım?
- 50 manat verəcəm qalığını özüvə götürərsən...
Arvad bir az fikirləşir və gedir pivə alır. Kürəkən pivəni içir və qışqırır:
- Ay arvad bura gəl!!!
- Nədi?
- Qaç mənə araq al gətir!!!
- Zəhmət çək get özün al!
- 100 manat verəcəm qalığını özüvə götürərsən...
Arvad bir az fikirləşir və gedir araq alır. Kürəkən arağı içib yenə qışqırır:
- Ay arvad bura gəl!!!
- Nədi?
- Əyil aşağı şap-şapla alnına birin vurum...
- Nəəəəəəəəə?????
- 300 manat verəcəm...
Arvad fikirləşir ki kürəkən içib pulu səpir yerə. Ehmalca əyilir aşağı kurəkən də tapıçkanı vurur bunun alnına. Arvad qaçır mətbəxə pulları saymağa və bu zaman kürəkənin telefonuna zəng gəlir. Zəng edən həyat yoldaşı idi.
- Əzizim mamanın pensiyasını verdin?
- Hə yavaş-yavaş verirəm....
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий