пятница, 15 июня 2012 г.

Şəhər meriyasında iclas


Meriyada, 3-cü mərtəbədə iclas gedir. Şəhərin bütün “YOĞUNLARI” iclasdadır. Birdən meriyada yanğın baş verir.
Hamı yığışır pəncərənin qabağına və başlayırlar qışqırmağa:
-          Kömək eləyinnn !!!!!!!! Yanırıq!!!
Təbii ki o dəqiqə ətrafdakı avaralar yığışırlar pəncərənin altına və haradansa bir ədyal tapırlar:
-          Ə davay əəə bir-bir tullanın sizi tutaq...
Özləri də ədyalı taram dartırlar. Dərhal mer çıxır pəncərəyə və özünü atır aşağı. Yerə çata-çatda ədyalı çəkirlər kənara. O da götü üstdə dəyir yerə. Camaat gülüşür merə isə ciddi bir şey olmur “əşşi cəhənnəm əsas odu ki, sağ qaldım”
Ikinci merin müavini çıxır pəncərəyə. Hamı qışqırır:
-          Əəə tullan biz səni sevirik, ədyalı çəkməyəcəyik...
Bu da tullanır. Bir metr qalmış ədyalı çəkirlər. Bu götü üstə yerə camaat isə qarnın tutub gülüşür.
Üçüncü, polis rəisi yaxınlaşır pəncərəyə:
-          Tullan-tullan biz səni sevirik... ədyalı çəkməyəcəyik...
Rəis dala çönür görür ki, alov bunun şalvarını yalayır. Üzünü camaata tutub qışqırır:
 - Əəə mən sizə inanmıram ƏDYALI QOYUN YERƏ ÜÇ ADDIM DALA ÇƏKİLİN!!!! )))))))
     

Комментариев нет: