суббота, 26 марта 2011 г.

Azərilər ya ermənilər nə fərqi???

Başlıq qoyanda çox fikirləşdim, dedim birdən inciyən olar ya küsən amma sonra fikirləşdim ki, yox bu cür demək lazım ki, hamı oxusun.

Bir vaxtlar (təbii ki, Sovetlər dönəmində) məşhur lətifələr ermənilər barədə olurdu. Onların özününküləşdirmələri barədə. Məsələn, üzdəniraqlar iddia edirdilər ki, hamı erməni olub lakin sonradan millətlərə bölünüblər. Bəziləri deyirdilər ki, Aleksandr Dümanın qəhrəmanı D Artanyan erməni olub. Bir dəfə də oxumuşdum ki, məşhur rus jurnalisti gedib Yerevana və orada onu inandırmağa çalışıblar ki, İsa peyğəmbər erməni olub. Jurnalist isə deyib ki, bəs İsanın axı atası olmayıb və anası Məryəm idi.
--Siz iddia edirsiniz ki, Tanrı ermənidir -- deyə jurnalist sual verib
--Əlbəttə -- deyə ona cavab veriblər -- axı İsanın başqa atası yoxdur.

1990-cı ildən sonra bu xəstəlik bizimkiləri də yoluxdurdu və biz başladıq hamını özününküləşdirməyə. Əvvəl Freddi Merkuridən başladıq. 90-larda Freddinin azeri olduğuna inanmayan tək-tük adam tapılardı. Bəlkə də belədir mübahisə etmək istəmirəm. Amma mən belə fikirdəyəm Azərbaycanda olmayan Azərbaycan haqda təsəvvürü olmayan və ümumiyyətlə Azərbaycanın mövcudluğu haqda xəbəri olmayan adam Azəri ola bilməz. Axı adına rayon  Bakının mərkəzində küçə və ölkədə bir neçə heykəl qoyduğumuz Məhəmməd Füzulinin heç xəbəri var idimi ki, Azərbaycan deyilən bir yer var ya yox? Amma bu da əsas deyil bunlar yaxın və uzaq keçmişdir. Bu yaxınlarda İctimai Palatanın toplantısında idim və orada elə bir şey eşitdim ki, məni lap şoka saldı. Özünə hörmət edən bir neçə ziyalı söhbət edirdi, mövzu isə ABŞ prezidenti Barak Obama idi. Təsəvvür edin Onlardan biri deyirdi ki, Barak və Oba türk sözləridir və Obama xalis türkdür. Digəri isə onunla razılaşmır və deyir ki, Obama türk deyil o türk olub lakin bir neçə nəsil dəyişəndən sonra o artıq tüklüyünü itirib. Amma heç biri onun türk oğlu türk olduğunu təkzib etmirdi.

Məntiq
Deməli Amerikalılar Afrikanın cənubundan qul kimi türkləri gətirirmişlər.

Bəylər!!!!! Bir acı həqiqəti sizə açım Freddi Merkuri Azəri deyil, Araş Azəri deyil, Məhəmməd Füzuli də Azəri deyil o ki, qaldı Barak Obamaya o rus demişkən Voobshe Türkə aid olmayan bir şeydi o ZƏNCİDİR ÖZÜ DƏ XALİSİNDƏN.

Bu cür şeyləri eşidib Azəri ilə Erməni arasında fərq axtarmağa dəyərmi??????

пятница, 25 марта 2011 г.

Abbasdan bir lətifə

Deyir ki, bu həqiqətən baş verib. Beləliklə...

NMR-da bir kəndli evinə su çəkdirmək istəyir və qərara gəlir ki, borunu torpağa basdırsın.İşə təzəcə başlayır ki, başının üstünü İcra nümayəndələri alır və səslərini atırlar başlarına.
-- Bu nədi belə sənə kim icazə verib yeri qazmağa?
-- Qardaş vallah evimə su çəkirəm vedrə-vedrə daşımaqdan bezmişəm.....
-- Sən indi su daşımamağın dərdindən yeri qazırsan? Birdən gələcəkdə boru tutuldu ya da içini ərp bağladı onda boronu təmizləmək üçün gəlib yenə qazassan???

Bu sözlərdən əsəbiləşən kəndli İcra nümayəndəsinin üstünə qışqırır (Qeyd edək ki, İcra Başçısı da yaxınlıqda olub)

-- Əəə qurumsaq niyə qazıram lazım olsa soyunub özüm girərəm Durbaya təmizləyib sonra da çıxaram.
Ələ salındığını görən nümayəndə kişiyə bir şapalaq vurur
-- Məni dolamısan əəə sən iyirmilik durbaya nətər girərsən
Kəndli əlini başçıya uzadıb deyir
-- Əəə sən başçının onbeşlik GÖTÜNƏ girə bilirsən mən iyirmilik boruya girə bilmirəm ))))))))))))