понедельник, 25 марта 2019 г.

İtimi gəzdirirdim

O gün iti gəzdirməyə çıxmışdım. Birdən it özünü saxlaya bilməyib həyətdəki çəmənliyə batırdı. Bir az aralıda təmizlikçi qadın yeri süpürürdü. Başladı məni danlamağa. Bir az dinləyəndən sonra denim ki, "Ay xala mən də İlham Əliyevi dəstəkləyirəm, həmişə ona səs verirəm".

Qadın bir anlıq duruxdu, gözləri doldu, ağlaya-ağlaya yaxınlaşıb boynumu qucaqladı və dedi:

 - Onda oğlum hara istəyirsiz sıça bilərsiz!

Mənim də gözlərim doldu, xalanı qucaqladım, səs səsə verib ağlamağa başladıq.

İt də ağlayırdı...