пятница, 15 июля 2011 г.

Dünyaya yeni fotoəfsanə gəldi




Sındırılmış vitrinlər, yandırılmış avtomobillər, qəzəblənmiş Milli Xokkey Liqasının (MXL) “Vankuver Kenaks” komandasının fanatları və coşmuş xokkey həvəskarlarını sakitləşdirməyə çalışan polislər. Stenli Kubokunun həlledici oyununda yerli komanda məğlubiyyətə uğradıqdan sonra Kanadanın Vankuver şəhəri bu cür görsənirdi.
Lakin polislə azarkeşlərin qarşıdurmasından başqa bu şəhərdə daha bir hadisə baş verdi – iki sevgilinin öpüşünü əks etdirən fotoşəkil dünyaya göz açdı. 
İyunun 16-na keçən gecə Vankuverdə MXL-in yeddinci final görüşü keçirildi. Həlledici oyunda yerli “Kenaks” komandası Bostonun “Bryuins” komandasını qəbul etdi. Kanadalılar indiyədək Stenli Kubokunu qazanmamışdı və bu dəfə də qazana bilmədi. “Kenaks” 0:4 hesabı ilə uduzaraq azarkeşlərini məyus etdi.
Oyundan sonra qəzəblənmiş kanadalılar Vankuverin küçələrinə çıxaraq xokkey inqilabı təşkil etdilər. Qabaqlarına çıxan hər şeyi dağıdır, dükanların vitrinlərini sındırır və avtomobilləri aşırırdılar. Şəhərin tamami ilə xarabalığa çevirilməsinin qarşısını almaq üçün hadisə yerinə yüzlərlə polis cəlb edildi. Onlar qiyamın qarşısını almalı idilər. 
Vankuver küçələrindəki azarkeşlər
(c)AFP

                 
                                                  

O gecə Vankuverdə az şəkillər çəkilmədi. Lakin ən məşhur şəkli Getty Images görüntü bankının fotoqrafı Riçard Lem lentə ala bildi.  
Şəkildə azarkeşlərlə polislərin fonunda asfalta uzanıb öpüşən sevgililər əks olunmuşdu. Bir neçə saat ərzində bu kadr əsl hitə çevrildi, bir çox qəzetlərin və jurnalların səhifələrinə çıxdı, dünyanın ən tanınmış internet resurslarında əks olundu və təbii ki, bir çox forumların müzakirə obyektinə çevirildi. Bir sözlə şəkil tez bir zamanda fotoəfsanə statusu aldı. Müasir illüstrasiyalarda şəkil “Müharibə ilə yox Məhəbbətlə məşğul olun” lozunqu ilə təqdim edildi.
Və təbii ki, bütün əfsanələrdə olduğu kimi bu öpüşün də öz hekayəsi var idi. Məlum oldu ki, şəklin qəhrəmanları kanadalı Aleks Tomas və onun avstraliyalı boyfrendi Skott Jonsdur. Ilk olaraq qəhrəmanları Skottun bacısı Hanna tanıdı, daha sonra isə atası Brett Jons gəncin onun oğlu olduğunu təstiqlədi. 
Gənclər özləri isə deyirlər ki, şəkil işıq üzü görəndən sonra dostları və tanışları onlara zəng edib soruşurdular “Siz özünüzü şəkildə görmüsünüz?”. Jons və Tomasın sözlərinə görə ilk əvvəl onlar başa düşmürdülər söhbət nədən gedir. Lakin şəkli görəndən sonra birdən-birə yerə uzanıb öpüşməklərinə aydınlıq gətirdilər. Onların sözlərinə görə hər şey o qədər də romantik deyildi.
Sevgililər bir neçə ay olardı ki, tanış olmuşdular. Oyundan sonra baş verən qarışıqlıq vaxtı polislərdən biri Aleksi vurur və o yerə yıxılır.
Jons deyir ki, onun sevgilisi yerə yıxılanda pərt olmuşdu, yerə düşdüyündən bədəni ağrıyırdı o isterikada idi. Buna görə də Jons Aleksi dəstəkləmək qərarına gəldi. Onun yanında olduğunu və heç kimə ələ verməyəcəyini sübut etmək üçün avstraliyalı Romeo sevgilisini öpmək qərarına gəldi. “Bu mənim o vəziyyətdə edə biləcəyim ən yaxşı hərəkət idi” – deyən cavan oğlan bildirmişdi.
Cütlük fotoqrafın işini də qiymətləndirib. “Biz heç də onu nəzərdə tutmurduq, əgər siz başa düşürsünüzsə mən nəyi demək istəyirəm. Yəni biz heç də yerə uzanıb öpüşmək istəmirdik. Sadəcə olaraq fotoqraf bu gözəl anı tuta bilib” – deyə Skott etiraf edir.
Rober Duanonun “Bələdiyyə binasının yanında öpüş” şəklinin fraqmenti 1950-ci il.

Şəklin müəllifi Riçard Lemin işini fransız fotoqrafı Rober Duanonun “Bələdiyyə binasının yanında öpüş” şəkli ilə müqayisə edirlər. Duano sevgililəri 1950-ci ildə çəkmişdi.
Yeni qəhrəmanların əks olunduğu şəkildəki xüsusi dinamika və təbii gözəllik insanların süurunda çox sadə bir fikir yaradır – məhəbbət istənilən iğtişaşlardan, sevimli komandanın məğlubiyyətindən və hətta dəyənəklərlə silahlanmış polislərdən də güclüdür.


P.S. Bu yaxınlarda Skott Cons Kanadanı tərk edib Avstraliyaya qayıdacaq. Sevgililərin bir də nə vaxt görüşəcəkləri məlum deyil. Fotoqrafı isə, mütəxəssislərin fikrinə görə World Press Photo mükafatı gözləyir.

© Лента.ру                                                    Tərcümə DjAvanshir

Комментариев нет: