среда, 22 июня 2011 г.

Arxivimdə qalan lətifələr silsiləsindən

Günlərin bir günü bir tacik Tacikistan səhralarında dəvə otarırmış. Birdən yer-göy lərzə gəlir və səhranın ortasından çay axmağa başlayır. Tacik çox fikirləşmədən qərara gəlir ki, bu cür şansı əldən vermək olmaz və tez-bazar tikanlardan bir tilov düzəldir ki, balıq tutsun.

  Çox keçmir ki, как вы догодались, tacikin tilovuna QIZIL BALIQ düşür. Balıq (başını sudan çıxarıb sağa sola baxır və başa düşür ki düz ünvana gəlməyib):
-- Qardaş! Vallah tələsirəm məni qabaqda gözləyirlər. Prosto GPS bir az nasazdı ona görə bura gəlib düşmüşəm. Amma dəxli yoxdu 3 arzuvu denən yerinə yetirim onsuzda nəzirim var idi.
Tacik çaşqın-çaşqın balığa baxır, bir az fikirləşir və deyir:
-- Balıq müəllim mənim bir arzum var. Mən istəyirəm ki, baaaaaax səhranın o başı ilə Kamambay Batır öz ordası ilə keçsin və mən onlara baxaraq öz tacik xalqıma görə fəxr edim, millətimin keçmişinə görə qürurlanım və döyüş ruhu ilə yüklənim.
-- Problem yoxdur Tacik qardaş deyildi - edildi.

Birdən səhranın üfiqində toz duman göyə qalxır. Bu toz duman soldan sağa yeriyərək gözdən itir.
Balıq:
-- Tacik qardaş ikinci arzun nədir?
Tacik:
-- Balıq müəllim çox sağ ol ki arzumu yerinə yetirdin amma onları görə bilmədim eee İmkan varsa elə et ki onlar bir az yaxından qaçsınlar və mən xalqımın əfsanəsini həm də görüm......
-- Problem yoxdur Tacik qardaş deyildi - edildi.
Bu dəfə toz duman bir az yaxında qalxır və tozun arasında dəbilqələr, nizələr qalxanlar parıldayır süvarilərin siluetləri görsənir.
Balıq:
-- Tacik qardaş üçüncü arzuvu da de mən gedim dəə Vallah gözləyirlər eeee məni qabaqda dedim axı bu bir səhv idi mən başqa yerdə tutulmalı idim.....
Tacik:
-- Balıq müəllim çox sağ ol ki bu arzumu da yerinə yetirdin amma mən onları yenə də görə bilmədim eee imkan varsa elə et ki, onlar lap yaxından keçsinlər və mənə bir söz də desinlər mən isə bunu nəvələrimə, nəticələrimə danışım və bu tarixə düşsün....
Balıq başını yelləyir və özünü atır çaya. Birdən yer göy bir daha lərzə gəlir, ətrafı toz duman basır, atlar kişnəyir, silahların cingiltisi qulaqları batırır. Yüz minlik süvari ordusu Taciki mühasirəyə alır, hamı nizələrini tacikin sinəsinə dirəyir və atlıların arasından başında pələng dərisindən tikilmiş döyüş papağı, üzü çapiq-çapıq olan nəhəng bir adam xəncərini çıxardıb tacikin boğazına dirəyir:
-- OĞRAŞ OĞLU OGRAŞ BAŞQA BATIR TANIMIRSAN Kİ, BİZİ SƏHƏRDƏN ORA-BURA QAÇIRDIRSAN ? )))))))))))))))))))))))))))))))))))))))

Комментариев нет: