суббота, 26 марта 2011 г.

Azərilər ya ermənilər nə fərqi???

Başlıq qoyanda çox fikirləşdim, dedim birdən inciyən olar ya küsən amma sonra fikirləşdim ki, yox bu cür demək lazım ki, hamı oxusun.

Bir vaxtlar (təbii ki, Sovetlər dönəmində) məşhur lətifələr ermənilər barədə olurdu. Onların özününküləşdirmələri barədə. Məsələn, üzdəniraqlar iddia edirdilər ki, hamı erməni olub lakin sonradan millətlərə bölünüblər. Bəziləri deyirdilər ki, Aleksandr Dümanın qəhrəmanı D Artanyan erməni olub. Bir dəfə də oxumuşdum ki, məşhur rus jurnalisti gedib Yerevana və orada onu inandırmağa çalışıblar ki, İsa peyğəmbər erməni olub. Jurnalist isə deyib ki, bəs İsanın axı atası olmayıb və anası Məryəm idi.
--Siz iddia edirsiniz ki, Tanrı ermənidir -- deyə jurnalist sual verib
--Əlbəttə -- deyə ona cavab veriblər -- axı İsanın başqa atası yoxdur.

1990-cı ildən sonra bu xəstəlik bizimkiləri də yoluxdurdu və biz başladıq hamını özününküləşdirməyə. Əvvəl Freddi Merkuridən başladıq. 90-larda Freddinin azeri olduğuna inanmayan tək-tük adam tapılardı. Bəlkə də belədir mübahisə etmək istəmirəm. Amma mən belə fikirdəyəm Azərbaycanda olmayan Azərbaycan haqda təsəvvürü olmayan və ümumiyyətlə Azərbaycanın mövcudluğu haqda xəbəri olmayan adam Azəri ola bilməz. Axı adına rayon  Bakının mərkəzində küçə və ölkədə bir neçə heykəl qoyduğumuz Məhəmməd Füzulinin heç xəbəri var idimi ki, Azərbaycan deyilən bir yer var ya yox? Amma bu da əsas deyil bunlar yaxın və uzaq keçmişdir. Bu yaxınlarda İctimai Palatanın toplantısında idim və orada elə bir şey eşitdim ki, məni lap şoka saldı. Özünə hörmət edən bir neçə ziyalı söhbət edirdi, mövzu isə ABŞ prezidenti Barak Obama idi. Təsəvvür edin Onlardan biri deyirdi ki, Barak və Oba türk sözləridir və Obama xalis türkdür. Digəri isə onunla razılaşmır və deyir ki, Obama türk deyil o türk olub lakin bir neçə nəsil dəyişəndən sonra o artıq tüklüyünü itirib. Amma heç biri onun türk oğlu türk olduğunu təkzib etmirdi.

Məntiq
Deməli Amerikalılar Afrikanın cənubundan qul kimi türkləri gətirirmişlər.

Bəylər!!!!! Bir acı həqiqəti sizə açım Freddi Merkuri Azəri deyil, Araş Azəri deyil, Məhəmməd Füzuli də Azəri deyil o ki, qaldı Barak Obamaya o rus demişkən Voobshe Türkə aid olmayan bir şeydi o ZƏNCİDİR ÖZÜ DƏ XALİSİNDƏN.

Bu cür şeyləri eşidib Azəri ilə Erməni arasında fərq axtarmağa dəyərmi??????

1 комментарий:

Анонимный комментирует...

Здравый подход, уважаю. Полностью согласен. Мания величия - неизлечимая болезнь. А про хайков и смысла нет говорить, у них уже даже не мания величия, а что-то больше.