четверг, 25 июля 2013 г.

Uşaq bağçasında

Qış. Tərbiyəçi uşaqlardan birinə sapoqunu geyinməyə kömək edir.
 Köməyə doğrudan da ehtiyac var idi çünki sapoq 
haradasa yarı yolda ilişib qalmışdı, 
nə qabağa nə də dala gedirdi.
Nəhayət tərbiyəçi tər içində ikinci sapoqu uşağın ayağına keçirə bildi. Uşaq deyəndə ki, “Onlar düz deyi” tərbiyəçi əsəbdən ağlamağa hazır idi. Həqiqətən də sağ sapoq sol ayaqda idi sol isə sağda... sapoqları çıxarmaq geyindirməkdən asan deyildi. Tərbiyəçi əsəbini boğa-boğa sapoqları çıxarıb yenidən geyindirməyə başladı, ikinci sapoqu geyindirib qurtarmağa az qalmış uşaq dedi “Bu mənim sapoqlarım deyil” Tərbiyəçi dodağını dişlədi ki, uşağın üzünə çığırmasın “BƏS BUNU BAYAQDAN NİYƏ DEMİRSƏN???!!!” Və yenə yarım saat sapoqların üzərində çalışmağa başladı. Sapoqları sürüşdürüb çıxarmaq istəyirdi. Nəhayət buna nail olanda uşaq dedi: “Bu qardaşımın sapoqlarıdır. Anam məcbur edir ki, mən onları geyinim.” Tərbiyəçi bilmirdi ağlasın yoxsa gülsün. Üç dəfə SƏBR deyib sapoqları birtəhər uşağın ayağına keçirib soruşdu: “Bəs əlcəklərin hanı?” Uşaq cavab verdi: “Mən onları sapoqun içinə soxmuşam”

Комментариев нет: