среда, 7 марта 2012 г.

Sağ ayağın macərası


Bir neçə gün əvvəl Hollivudda dünya kinosunun ən mühüm mərasimi keçirildi. Bildiyiniz kimi mərasimin əsas elementlərindən biri də ulduzların qırmızı xalı üzərindən yürüşüdür. Və tədbirin məhz bu hissəsinin bu ilki qəhrəmanı aktresa və yenicə bişmiş rejissor Anjelina Coli oldu.

Bir çoxlarınız yəqin başa düşdünüz ki söhbət onun Versaçidən olan (məğlubedilməz variant və əbədi klassika) əsrarəngiz məxməri libasından getmir. Bu dəfə biz, çoxuşaqlı ana, Bred Pittin həyatının məhəbbəti və dünyanın ən gözəl qadınlarından birinin özünü və libasını camaata təqdim etməyindən danışacağıq.

 

Əgər siz Colinin Oskar mərasimində çəkilmiş şəkillərindən heç olmasa birini görmüsünüzsə onda söhbətin nədən getdiyini dərhal başa düşəcəksiniz. Yox əgər görməmisinizsə onda məsələ belə olub: Colinin həmin o məxməri paltarında düz belinə kimi uzanan bir kəsik var idi. Və həmin o yarıqdan Anjelina hamıya öz sağ ayağını nümayiş etdirirdi.   

 

Bir az büküb kənara çıxardaraq ayağını camaata göstərməyini ona kimin məsləhət gördüyü bilinmir. Lakin bu davranış aktrisanın həyatında deyəsən mühüm rol oynadı. Həm triumf həm də fiasko. Istənilən halda Oskardan sonra Anjelina Colinin ayağı müstəqil həyat sürməyə başladı və məşhur internet-lady-yə çevirildi.

 

Ilk olaraq kimsə Twitter-də Colinin sağ ayağına akkaunt açdı. Məzəli mikrobloq @AngiesRightLeg, hesabı izləyənlərin sayı 44 mini keçib, Colinin sağ ayağının həhatı haqda və diqqət mərkəzində olmaqdan məmun olduğundan danışır. “Biz sol ayaqla danışıb qərara gəldik ki, növbəti Oskarda o da özünü göstərmək şansı qazanacaq”- deyə sağ ayaq bildirir. O çağırış edir - “Ayağa baxın”, və ya bildirir “Unutmayın mən burdayam”, yaxud sevinir “Ooo bura baxın mən hər yerdəyəm”

 

Və o haqlıdır o həqiqətən də hər yerdədir. Facebook istifadəçiləri Anjelina Colinin ayağının səhifəsini yaradıblar. (Əslində isə bir neçə)

 

Twitter və Facebookun ardınca fotomontajlar yaranmağa başladı

 




Və daha çox

 

Bu hadisə dərhal özünə ad da qazandı Leqbombinq (Legbombing)

 

Insafən deyək ki, Anjelinanın ayağı Oskar gecəsində görsənən və hamının diqqətini cəlb edən yeganə bədən hissəsi deyildi. Misal üçün Hollivuddan yayımlanan mərasimə baxan tamaşaçıların çoxu Cenifer Lopesin nazik, yarışəffaf paltarından onun döş giləsini görüblər. Və bu bədən hissəsinə də Twitterdə akkaunt açmağa ərinməyiblər.

 

Amma istənilən halda Colinin sağ ayağı Lopesin giləsindən Twitter oxucularının sayına və fotopotensialına görə daha məşhurdur.



2 комментария:

Анонимный комментирует...
Этот комментарий был удален администратором блога.
Анонимный комментирует...
Этот комментарий был удален администратором блога.